Xəbəri Kokpitdə Oxuyun!

Malayziyada poulu Banyaya qazanıb

Sepanqda keçirilən sıralanma turunda Françesko Banyaya poul qazanıb.

Ducati komandasının sürücüsü xalsız keçən iki yarışdan sonra ön sıranı tutmağı bacarıb. Qresini Ducati komandasının sürücüsü Aleks Markes liderdən cəmi 0.016 saniyə geri qalaraq, ikinci yeri tutub. VR46 komandasının sürücüsü Franko Morbidelli Ducati GP24-ü ilə üçüncü yeri tutaraq tamamilə Ducati pilotlarından ibarət ilk cərgəni tamamlayıb.

Yamaha pilotu Fabio Kuartararo, son dövrəsində poul qazanmağa yaxın olub, lakin son sektorda vaxt itirdiyi üçün ikinci cərgəyə düşüb. Fransız sürücü ikinci cərgədə Pedro Akosta və Fermin Aldequer ilə yanaşı start alacaq.

Banyaya və Aldequer, isti və gərgin keçən Q1 sessiyasından ikinci sessiyaya yüksəliblər. Onlar Luka Marini və Marko Bezzekkini geridə qoyublar.

Sepanqdakı 10 dövrəlik Sprint yarışı Bakı vaxtı ilə saat 11:00-da start götürəcək.

Rauf Hacıyev

Şərh əlavə et