Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Bir az yavaşıq

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, onlar gözlədiklərindən zəifdirlər.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü birinci sərst yürüşləri buraxsa da, ikinci sərbəst yürüşlərdə dördüncü yeri tutub.

Lando Norris: “Birinci məşqi kənardan izlədim və bu, kifayət qədər maraqlı idi. Amma o sessiya zamanı on-board görüntülər yox idi, buna görə də məlumat çox deyildi. Mən əsasən asfaltla ilişməni, maşının davranışını anlamağa çalışırdım. Demək olar ki, məqsədim bu idi.

İkinci sessiyanın yekunlarına baxanda deyə bilərəm ki, ümumilikdə vəziyyətimiz pis deyil. Hətta lazımi sürəti bu qədər tez tapa bildim. İlk dövrəm uğurlu alındı, ikinci dövrədə isə daha da artıra bildim.

Elə bil limitlərə tez çatdım və ümumilikdə gün pis keçdiyini deyə bilmərəm. Adətən, biz cümə günləri çox yaxşı görünürük, şənbə isə rəqiblər bizə çatırlar. Amma indi bir qədər geri qalırıq, buna görə də axşam ciddi işləməli olacağıq.

Məşq ərzində mühərrikin qeyri-sabit işləməsindən şikayət etdim, ancaq komanda dərhal problemi aradan qaldırdı. Real çətinliklər yalnız balansla bağlı idi, bu isə bir neçə əvvəlki mərhələdə də yaşanmışdı. Vahid dövrədə müəyyən çətinliklər olur.

Lakin biz işləməyə davam edirik, əlimizdən gələni edirik. Görək bu gün sürət ehtiyatı tapa biləcəyikmi”.

Oscar Piastri (12-ci):
“Ümumilikdə sessiya normal keçdi, baxmayaraq ki, yumşaq təkərlərlə və az yanacaqla atdığım dövrə çox da uğurlu alınmadı, buna görə də nəticəyə təəccüblənmirəm.

Bir çox fərqli sazlamaları sınadıq, indi hamısını təhlil edib hansının işlədiyini, hansının yox, onu anlamaq lazımdır. Ümumilikdə təəssüratlar pis deyil. Sabahkı hazırlıqda hansı sahələrdə irəliləyiş əldə edə biləcəyimizə baxacağıq və daha sabit olmağa çalışacağıq – hazırda bu ən vacib məsələdir.

Ostində də müəyyən məqamlar aşkar etmişdik və o mərhələ, açığı, çox çətin keçmişdi. Amma çox şeyi anladıq, detallar müxtəlif olsa da, onları birləşdirəndə irəliləyiş verir. Düşünürəm ki, keçən həftə baş verənlərdən düzgün nəticələr çıxarmışıq.

Məncə, McLaren hazırda Red Bull Racing ilə eyni səviyyədədir və hər zamankı kimi mübarizə gərgin olacaq. Amma düşünürəm ki, bizim maşınımız pis deyil.”

Rauf Hacıyev

Şərh əlavə et