Xəbəri Kokpitdə Oxuyun!

İkinci sərbəst yürüşlərdə birinci Marini olub

Malayziyada keçirilən ikinci məşq sessiyasının lideri Luka Marini olub.

Yaşıl işıqlar yandıqdan sonra bütün sürücülər qısa zamanda trasda görünüb. Sessiyanın ilk dəqiqələrində pilotlar Soft tərkibli təkərləri seçiblər və nəticədə trasda sıxlıq yaranıb.

İlk dövrlərdə Marko Bezzekki 1:58.788-lik nəticə ilə zirvəyə yüksəlib. Lakin az sonra Fermin Aldequer və Xoan Mir tempi artıraraq ön sıralara yüksəliblər. Ducati və Honda pilotları arasında fərq çox cüzi olub.

Sessiyanın ortasında havanın temperaturu yüksəldikcə trasın ilişmə səviyyəsi azalıb. Bu mərhələdə Françesko Banyaya 1:58.585 nəticə ilə üçüncü yerə yüksəlib. Fabio Kuartararo isə sürətini artıraraq Yamaha-nı ilk beşliyə daşıyıb.

Son dəqiqələrdə tempini xeyli artıran Luka Marini, 1:58.415-lik möhtəşəm dövrə ilə liderliyi ələ alıb. İtalyan pilotun cəmi 0.007 saniyə gerisində Franko Morbidelli qərarlaşıb.

Damalı bayraqla birlikdə sessiyanın qalibi Luka Marini olub. Franko Morbidelli ikinci, Françesko Banyaya isə üçüncü yeri tutub. Xoan Mir dördüncü, Fermin Aldequer beşinci, Fabio Kuartararo isə altıncı nəticə göstərib.

Alek Marquez, Marko Bezekki, Yohan Zarko və Pedro Akosta ilk onluğu tamamlayan pilotlar olublar. Raul Fernandes və Migel Oliveyra isə ikinci qrupun ən sürətliləri arasında yer alıblar.

Honda pilotlarının güclü çıxış etdiyi sessiya, Malayziyadakı həftəsonunun qalan hissəsində qüvvələr balansının dəyişə biləcəyini göstərib.

Rauf Hacıyev

Şərh əlavə et