Maks düşünür ki, əgər şənbə günü bu problemi həll etmək mümkün olmasa, bazar günü onun üçün çətin olacaq.
Maks Ferstappen: “Mən bu gün sükan arxasına keçməzdən əvvəl gözləməli oldum. Soft təkərlərlə sürətli dövrədə yaxşı nəticə göstərə bildim. Qalan hər şey kifayət qədər pis idi. Medium təkərlərdəki sürətli dövrə də elə də yaxşı alınmadı, amma əsas problem uzun dövrə seriyalarında sürətin olmamasıdır və bu, yarış öncəsi əsas narahatlığımızdır.
Balansla bağlı problem yoxdur, sadəcə maşının asfaltla ilişməsi yoxdur. Əsas məsələ də budur. Uzun seriyalara başlayanda təkərlər dərhal qızırdı və sürət itirirdim. Bu problemi həll etmək çətin olacaq, amma görək necə olur.
Belə bir problemlə yarışı qazanmaq olmaz. Bir dövrədə sürətli ola bilərsən, amma yarış məsafəsində temp yoxdursa, vəziyyət çox çətin olacaq. Mən bir dövrədə yox, yarış məsafəsində sürətli olmağı üstün tuturam”.




Şərh əlavə et