Xəbəri Kokpitdə Oxuyun!

C.Rassell: Uğurun açarı inamdır

Cümə axşamı Meksikada keçirilən mətbuat konfransında Corc Rassell bu mövsümdə qazandığı uğurlara təsir edən amillərdən danışıb. Britaniyalı sürücü uzun müddət müqaviləsiz qalmasına baxmayaraq, stabil nəticələr göstərdiyini vurğulayıb.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü uzun müddət davam edən müqavilə danışıqlarına baxmayaraq, diqqətini itirməyib və geridə qalan 19 yarışda iki qələbə, 9 podium qazanıb.

Corc Rassell: “Bunun tək bir səbəbi yoxdur. Sadəcə, səni növbəti səviyyəyə qaldıra biləcək xırda üstünlükləri axtarırsan, hər sahədə daha yaxşı olmağa çalışırsan. Özünə inam uğurun açarıdır. Özünə, bolidinə və mühəndislərinə olan inam nəticələrə birbaşa təsir göstərir.
Mənim psixoloji baxımdan dəstək olan çox yaxşı bir komandam var, onlar həmişə yanımdadırlar. Açığı, mən kənardan gələn səs-küyə, müqavilə ilə bağlı saysız-hesabsız suallara fikir vermirdim. Bir qulağımdan girib o birindən çıxırdı. Mən sadəcə irəli baxır və yoluma davam edirdim”.

Rauf Hacıyev

Şərh əlavə et