Xəbəri Kokpitdə Oxuyun!

Bukmeykerlər Ferstappenin çempion olacağını düşünür

Bukmeyker kontorları qarşıdan gələn Meksika Qran Prisi və mövsümün nəticələri üçün mərc əmsallarını dərc ediblər.

Onlar bu dəfə də yarışın favoritini Maks Ferstappen hesab edirlər — niderlandlı sürücü Ostində həm sprinti, həm də əsas yarışı inamla qazanıb. Qələbəyə əsas namizədlər siyahısında ikinci yerdə Lando Norris, üçüncü yerdə isə Oskar Piastri qərarlaşıb.

Şarl Lekler və Lyuis Həmiltonun uğur şansları Corc Rassellə nisbətən daha aşağı qiymətləndirilib, baxmayaraq ki, Ostində Ferrari pilotları Mercedes sürücüsündən öndə finişə çatmışdı.

Maks Ferstappen – 2.00
Lando Norris – 3.50
Oskar Piastri – 5.00
Corc Rassell – 11.00
Şarl Lekler – 13.00
Lyuis Həmilton – 26.00 
Kimi Antonelli – 51.00

Çempionluq titulu üçün mərc nisbətləri gözlənilməz şəkildə dəyişib. Mövsüm ərzində bukmekerlərin favoritləri McLaren sürücüləri idi, lakin Ferstappenin son dörd Qran Pridən üçünü qazanması qüvvələr nisbətini dəyişdirib.

İndi titul uğrunda mübarizədə favorit məhz Red Bull Racing-in pilotu olub. Maksın şansları Piastri və Norrisin şanslarından bir qədər yüksək qiymətləndirilir. Həmçinin Corc Rassellin titul qazanmasına da mərc qəbul olunur, çünki onun hələ də riyazi şansları qalır.

Maks Ferstappen – 2.50
Oskar Piastri – 2.75
Lando Norris – 3.00
Corc Rassell – 1001.00

Elçin Zodorov

Şərh əlavə et