Xəbəri Kokpitdə Oxuyun!

Red Bull McDonald’s ilə müqavilə bağlayıb

Red Bull Racing komandası dünyaca məşhur fast food şəbəkəsi McDonald’s ilə sponsorluq müqaviləsi imzaladığını açıqlayıb.

Məşhur brendin loqosu Braziliyada keçiriləcək San-Paulu Qran Prisində Maks Ferstappenin və Yuki Tsunodanın bolidlərində yer alacaq. Bununla da McDonald’s şirkəti tarixində ilk dəfə Formula 1 komandasına sponsorluq edəcək.

Lakin əməkdaşlıq qısamüddətli olacaq. Belə ki, tərəflər yalnız səkkizhəftəlik və yalnız Braziliya bazarını əhatə edən müqavilə imzalayıblar. Müqavilə çərçivəsində Interlaqos trası yaxınlığındakı bir neçə McDonald’s restoranı Red Bull Racing boksları üslubunda bəzədiləcək. Bundan əlavə, Braziliyadakı McDonald’s restoranlarında Red Bull məhsullarının satışı da başlayıb.

Rauf Hacıyev

Şərh əlavə et