Xəbəri Kokpitdə Oxuyun!

Leon gələn il F2-də yarışacaq

Formula 2-də çıxış edən Campos Racing komandası 2026-cı il mövsümündə Nikola Tsolovun yeni komanda yoldaşının adını açıqlayıb. Komandaya Meksikalı pilot Noel Leon qoşulub. O, iki mövsüm Formula 3-də çıxış etdikdən sonra gələn il F2-də debüt edəcək.

İkiillik F3 karyerası ərzində Leon altı dəfə podiuma yeksəlib və iki dəfə ən sürətli dövrə nəticəsi göstərib. Onun mövsüm üzrə ən yaxşı nəticəsi 2024-cü ildə şəxsi hesabda 10-cu yer olub. Keçən mövsümü isə 17-ci pillədə tamamlayıb.

Noel Leon: “Formula 2-də Campos Racing komandasına qoşularaq karyeramda növbəti addımı atmaq mənim üçün böyük şərəfdir. Mənə göstərilən etimada görə komandaya və dəstəyinə görə sponsorlarıma dərin minnətdarlığımı bildirirəm. Onların sayələrində bu arzumu gerçəkləşdirə bildim.

Campos zəngin tarixə və böyük təcrübəyə malik komandadır. Mən onlardan öyrənməyə və karyeramın bu yeni mərhələsində əlimdən gələnin ən yaxşısını etməyə qərarlıyam”.

Rauf Hacıyev

Şərh əlavə et