Xəbəri Kokpitdə Oxuyun!

İvasa Meksikada Lousonu əvəz edəcək

Racing Bulls komandası Meksika Qran Prisinin ilk sərbəst yürüş sessiyasında heyət dəyişikliyi olacağını açıqlayıb.

Ayumu İvasa ilk sessiyada Liam Lousonu əvəz edəcək. Yeni zelandiyalı sürücü ikinci sərbəst yürüşdə yenidən VCARB 02-nin sükanı arxasına qayıdacaq.

İvasa üçün bu, mövsümdə ikinci sərbəst yürüş çıxışı olacaq. O, daha əvvəl Bəhreyndə Red Bull Racing komandasının tərkibində Maks Ferstappeni əvəz etmişdi.

Racing Bulls: “Ayumu ilk sessiyada çıxışa hazırlaşır. Ehtiyat sürücümüz Ayumu İvasa Meksika Qran Prisinin ilk sərbəst yürüş sessiyasında Liamın əvəzinə VCARB 02 bolidini idarə edəcək”.

Rauf Hacıyev

Şərh əlavə et