İlk test günündən fərqli olaraq, bu dəfə yağış sürücülərə mane olmayıb və onlar günə sürətli dövrləərlə başlayıblar. İlk saatda sessiya iki dəfə qırmızı bayraqla dayandırılıb. Səbəbi Maykl Şin, Fion MakLaflin və Teofil Naelin 4-cü döngədə trasdan çıxması olub.
Testlər bərpa olunduqdan sonra sürücülər ardıcıl olaraq protokolun zirvəsində yer dəyişiblər və sonda Kolnanti, Bred Benavidesi cəmi 0,002 saniyə qabaqlayaraq ən sürətli olub.
Səhər sessiyasının son saatında az sürücü nəticəsini yaxşılaşdıra bilib, lakin sessiya yenə qırmızı bayraqla dayandırılıb. Bu dəfə Evan Devidin bolidinin dayanması səbəbindən…
Günün ikinci yarısında diqqət əsasən yarış tempinə yönəlib. Sessiyanın son 20 dəqiqəsində Şinin 4-cü döngədə dayanması bir daha qırmızı bayrağa səbəb olub.
Günün əvvəlində Bred Benavides tərəfindən göstərilən 1:32.201 zaman nəticəsi isə daha yaxşılaşdırılmayıb və elə həmin göstərici günün ikinci hissəsinin ən sürətli vaxtı kimi qalıb.
Bununla da Formula 3 mövsümü rəsmi olaraq başa çatıb. Sürücülər növbəti dəfə sükan arxasına 2026-cı ilin qışında keçiriləcək mövsümöncəsi testlərdə keçəcəklər.




Şərh əlavə et