Ferrari Gənclər Akademiyasının üzvü Dino Beqanoviç karyerasını Formula 2-də davam etdirəcək. O, növbəti mövsüm üçün DAMS komandası ilə müqavilə imzalayıb.
Dino Beqanoviç: “DAMS Lucas Oil ilə Formula 2-də daha bir mövsüm çıxış edəcəyim üçün çox xoşbəxtəm. Ötən il komandayla aramda güclü bağ hiss etmişdim. Birlikdə böyük potensial göstərdik və hətta Əbu-Dabidə podiuma yüksəldik.
Mənə göstərilən etimada və daim verdikləri dəstəyə görə Ferrari Gənclər Akademiyasına minnətdaram. Məqsədimiz qazandığımız irəliləyişi inkişaf etdirmək və liderlik uğrunda mütəmadi mübarizə aparmaqdır”.




Şərh əlavə et