Xəbəri Kokpitdə Oxuyun!

C.Dürksen İnvicta Racing-ə keçir

Invicta Racing komandası 2026-cı il mövsümü üçün Coşua Dürksen ilə müqavilə imzaladığını açıqlayıb.

Paraqvaylı sürücü gələn il Formula 2-də üçüncü mövsümünü keçirəcək. 2024 və 2025-ci illərdə Dürksen AIX Racing komandasının tərkibində çıxış edib və üç qələbə qazanıb. Mövsümün bitməsinə iki mərhələ qalmış o, şəxsi hesabda 12-ci pillədə qərarlaşıb.

Coşua Dürksen: “2026-cı ildə Formula 2-də Invicta Racing komandasını təmsil edəcəyim üçün olduqca qürurluyam. Komanda illərdir çempionatın ən güclülərindən biri olduğunu sübut edib və belə bir fürsət qazandığım üçün çox şadam.

Formula 2-də artıq çox şey öyrənmişəm və indi hər həftəsonu ön sıralarda mübarizə aparmağa, Paraqvayın adını ucaldamağa hazıram. Komanda ilə işə başlamağı səbirsizliklə gözləyirəm və əminəm ki, gələn il birlikdə böyük uğurlar əldə edə biləcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et