Xəbəri Kokpitdə Oxuyun!

Aston Martin 60 milyon dollar zərərdədir

Aston Martin komandası 2024-cü ilin maliyyə hesabatını açıqlayıb. Ötən illə müqayisədə komandanın gəlirləri 14,7 faiz artaraq 280,7 milyon funt sterlinqə (təxminən 374 milyon ABŞ dolları) çatıb.

Bununla belə, komanda ili 45,8 milyon funt sterlinq (61 milyon dollar) zərərlə başa vurub. 2020-ci ildən bu günədək Aston Martin-in ümumi zərəri 189,5 milyon funt sterlinqə (təxminən 252,5 milyon dollar) yüksəlib.

Bu illər ərzində komandanın sahibi Lourens Stroll Aston Martin-i çempionluq səviyyəsinə qaldırmaq üçün böyük sərmayələr yatırıb. Onun rəhbərliyi ilə Silverstounda yeni baza və müasir aerodinamik boru inşa edilib. Komandaya isə Ədrian Nyui başda olmaqla bir çox təcrübəli mühəndis qoşulub.

Aston Martin-in rəhbərliyi ümid edir ki, bütün bu sərmayələr nəticəsini verəcək və komanda Formula 1-in liderlərindən birinə çevrilib qələbə və titul uğrunda mübarizə aparmağa başlayacaq.

Rauf Hacıyev

Şərh əlavə et