Xəbəri Kokpitdə Oxuyun!

E.Okon uğursuzluğu bitirmək istəyir

Haas komandasının sürücüsü Esteban Okon bildirib ki, Meksika Qran Prisində yaxşı nəticə qazanaraq, uğursuzluq seriyasına son qoymaq istəyir.

Kokpit.az xatırladır ki, fransalı sürücü son dəfə Niderland Qran Prisində xal qazanıb və artıq 4 yarışdır ki, xal üzünə həsrətdir.

Esteban Okon: “Bu həftəsonu Meksikaya qayıtmağı səbirsizliklə gözləyirəm. Bu, möhtəşəm insanları olan əla bir ölkədir və həm şəhərdə, həm də trasda atmosfer tamamilə unikaldır. Meksikalı azarkeşlərin ehtirasını ilk andan hiss edirsən. Mənim ən sevdiyim hissə ‘Stadion’ sektorudur. Ora hər dəfə keçmək çox xoşdur, yarışdan öncə oranın enerjisi bütün pilotlara motivasiya verir.

Meksika trası həm də dəniz səviyyəsindən yüksək yerləşdiyi üçün maşın fərqli idarə olunur, buna görə də bütün komandalar bu amilə xüsusi diqqət ayırır.

Son vaxtlar həftəsonlarım çox da problemsiz keçmir, bəxt də həmişə yanımda olmur. Amma bu dəfə təmiz və sabit bir həftəsonu keçirməyə, maşından maksimum fayda almağa və Meksikada yüksək nəticə qazanmağa çalışacağıq”.

Rauf Hacıyev

Şərh əlavə et