Xəbəri Kokpitdə Oxuyun!

Lindblad Meksikada F1 bolidi sürəcək

Red Bull-un gənclər proqramının üzvü Arvid Lindblad gələn həftə Meksika Qran Prisində keçiriləcək birinci sərbəst yürüşdə RB21 bolidinin sükanı arxasında olacaq.

Onun kimi əvəzləyəcəyi hələ açıqlanmayıb, lakin böyük ehtimalla bu, Maks Ferstappen olacaq. Xatırladaq ki, yayda Silverstounda Lindblad Yuki Tsunodanın maşını ilə trasda çıxış etmişdi.

Lindblad gələn mövsüm üçün Racing Bulls komandasına əsas namizədlərdən biri hesab olunur. Qaydalar bütün komandaların mövsüm ərzində gənc pilotlara dörd sərbəst yürüş seansı keçirməsini tələb edir.

Rauf Hacıyev

Şərh əlavə et