Kokpit.az xatırladır ki, britaniyalı sürücü Ostindəki yarışa beşinci yerdən başlasa da, finişə dördüncü yerdə çatıb və builki ən yaxşı nəticələrindən birini əldə edib.
Lyuis Həmilton: “Mənim üçün yaxşı, komanda üçün isə əla nəticədir. Üçüncü və dördüncü yerlər bizə çoxlu xal qazandırdı. Mercedes-ləri və hətta bir McLaren-i arxada saxlamaq çox gözəldir.
Bu, tamamilə pozitiv nəticədir. Uğursuz startdan sonra bir mövqe qazanmaq da yaxşı oldu. Yarışda çoxlu müsbət anlar vardı. Əlbəttə, daha yuxarı pillələrdə finiş görmək istəyirəm, ona görə də işləməyə davam etməliyik, ancaq doğru yoldayıq.
Maşına yenilik gətirməməyimizə baxmayaraq, hələ də mübarizə aparırıq. Bu isə komandanın bu həftəsonu möhtəşəm iş gördüyünü göstərir.
Ümid edirəm, bazadakı hər kəs bu nəticədən razıdır. Biz düzgün istiqamətdəyik və mən getdikcə daha da yaxınlaşıram. Hələ podium qazanmasam da, çalışmağa davam edəcəyəm”.
Şərh əlavə et