Fuokonu gənc pilot adlandırmaq çətindir. İtalyan sürücünün 29 yaşı var, lakin o, rəsmi olaraq FIA-nın tələblərinə cavab verir. O, artıq bir neçə dəfə Ferrari ilə testlərdə iştirak edib. İlk dəfə 2015-ci ildə Şpilberqdə, daha sonra isə Əbu-Dabidə təkər testlərində çalışıb.
Fuoko birinci yürüş sessiyasında Lyuis Həmiltonun maşınının sükanı arxasında olacaq, ikinci sessiyada isə yeddiqat dünya çempionu kokpitə qayıdacaq.
Şərh əlavə et