Xəbəri Kokpitdə Oxuyun!

Krouford Meksikada debüt edəcək

“Aston Martin” komandası gənc sürücü Cek Kroufordun Meksika Qran Prisinin ilk cümə sərbəst yürüşündə Formula 1-də debüt edəcəyini açıqlayıb.

20 yaşlı Texaslı pilot hazırda Formula 2-də ikinci yeri tutur və AMR25-in sükanı arxasında Ləns Strollu müvəqqəti əvəz edəcək.

Cek Krouford: “Gələn həftə Meksikada AMR25-in sükanı arxasında Formula 1-də ilk rəsmi sessiyamı keçirəcəyim üçün çox həyəcanlıyam. Mövsüm boyu komanda ilə sıx əməkdaşlıq etmişəm və növbəti addımı atmağa hazıram. Xüsusilə də, bu debütün mənim doğulduğum Texas ştatında elan edilməsinə çox sevinirəm.”

Endi Kauell, komanda rəhbəri: “Meksikada ilk yürüşdə Cekə sükan arxasına keçmək imkanı vermək çox gözəldir. O, il boyu böyük yetkinlik nümayiş etdirib və bizə çox dəyərli texniki rəy verib.

Cek Formula 2-də güclü mövsüm keçirib və həm AMR25, həm də AMR26-nın hazırlanmasına mühüm töhfə verib. Bu fürsət onun üçün inkişafını davam etdirmək və eyni zamanda bizim üçün vacib məlumatlar toplamağa kömək etmək baxımından əla imkandır.”

Rauf Hacıyev

Şərh əlavə et