Kokpit.az xatırladır ki, monakolu pilot yarışın startında ikinci yer uğrunda mübarizədə Lando Norrisi geridə qoyub və yarışın böyük hissəsində britaniyalı ilə mübarizə aparıb. Finişə yaxın McLaren sürücüsü Lekleri keçsə də, Şarl nəticədən razı qalıb.
Şarl Lekler: “Startda bir qədər həyəcanlandım, çünki liderlər arasında yalnız mən Soft tərkiblə start almışdım. Bunun riskli addım olduğunu bilirdim.
Məqsədim yumşaq təkərlərin üstünlüyündən istifadə edib boş yolda irəliləmək idi. Qarşıda iki pilot olmasına baxmayaraq, bir mövqe qazanmağım yarışda mənə çox kömək etdi.
Nəticədən çox razıyam, çünki mövsümün ikinci yarısı bizim üçün olduqca çətin keçir. Birinci sərbəst yürüşdəki problemlərdən və ötürmələr qutusu nasazlığından sonra podiuma qayıtdıq. Bu, əla nəticədir və çox məmnunam.
Lando ilə mübarizə? Mənə xoş idi. Təəssüf ki, finişə yaxın onu irəli buraxdım, amma mübarizə aparmaq çox maraqlı idi”.
Şərh əlavə et