Cərimənin əsas səbəbi ondan ibarət olub ki, komandanın bir əməkdaşı yarışın startından əvvəlki isinmə dövrəsi başladıqdan sonra start düzülüşünə aparan 1 nömrəli qapıdan keçərək tras ərazisinə daxil olub.
Stüardların qərarında bildirilir ki, marşallar həmin şəxsi dayandırmağa cəhd ediblər, lakin o, onların xəbərdarlıqlarına məhəl qoymayıb. Məsələ ilə bağlı keçirilən dinləmədə Red Bull Racing-in rəsmi nümayəndəsi stüardlara bildirib ki, həmin əməkdaşın sözlərinə görə, marşallar onu dayandırmağa çalışmayıblar.
Lakin stüardlar qeyd ediblər ki, komanda üzvləri tras təmizləndikdən sonra oraya daxil olmağın və ya təhlükəsizlik tədbirlərinə mane olmağın qəti şəkildə qadağan edildiyini bilməlidirlər.
Nəticə etibarilə Red Bull Racing komandası FIA-nın Beynəlxalq İdman Məcəlləsinin 12.2.1.h və 12.2.1.i maddələrini pozduğuna görə təqsirli bilinib. Komandaya 50 min avro məbləğində cərimə tətbiq edilib. Bu məbləğin yarısı dərhal ödənilməlidir, qalan yarısı isə 2025-ci ilin sonuna qədər oxşar pozuntu baş verəcəyi halda qüvvəyə minəcək.
Şərh əlavə et