Kokpit.az xatırladır ki, avstraliyalı sürücü Ostindəki yarışda 5-ci olub və o, öndəki dörd sürücünün tempinə cavab verməkdə çətinlik çəkib.
Oskar Piastri: “Ostində yaxşı yarış tempi uğursuz sıralanma turunun təsirini kompensasiya edə bilərdi, amma belə tempimiz yox idi. Aydındır ki, bu məsələni araşdırmaq lazımdır.
Sıralanma turlarında hər şey qaydasında olmalı idi, düzdür, bəzən uğursuzluqlar olur. Amma Bakıdakı qəzadan sonra bu həftəsonu ilk dəfədir ki, doğrudan da məyus oldum. Əvvəllər nəticələr bir az zəif olsa da, yenə də kifayət qədər yaxşı idi. Lakin bu həftəsonu baş verənləri anlamalıyıq. Problemin təkcə sıralanma turunda olmadığı aydındır.
Bu həftəsonu niyə maşında temp tapa bilmədiyimi başa düşmək lazımdır. Burada temp tutmaq çox çətin idi və bu, son vaxtlar yarışdığımız traslardan kəskin fərqlənirdi.
Titul uğrunda mübarizə? Fərqlər bir qədər azalıb, amma biz Lando ilə birlikdə titul uğrunda mübarizə aparmaq imkanına sahib olmaq istəyirik. Biz hər ikimiz buna layiqik. Düşünürəm ki, komandanın indi bizdən birini seçməsi üçün hələ tezdir”.
Şərh əlavə et