Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: İlk hissədə üstünlük qazandıq

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, yarışın ilk hissəsində qazandığı üstünlük hesabına yarışı qazanıb.

Niderlandlı sürücü Ostindəki yarış həftəsonuna tam nəzarət edib və çıxışını ABŞ Qran Prisində inamlı qələbə ilə  başa vurub.

Maks Ferstappen: Bu bizim üçün inanılmaz dərəcədə uğurlu bir həftəsonu oldu! Bilirdim ki, yarış asan keçməyəcək və Qran Pri boyu baş verənləri təhlil etsək, demək olar ki, mən və Lando eyni tempdə sürmüşük.

Biz ilk hissədə üstünlük qazandıq. Mən kiçik fərqlə irəli çıxdım və bu fərqi finişə qədər qorudum.

Hər iki hissədə təkərlərlə işləmək asan olmadı, ancaq liderliyi qoruduq və komandanın bu həftəsonundakı işi ilə son dərəcə qürur duydum.

Əlbəttə, çempionluq uğrunda mübarizə aparmaq şansımız var. Sadəcə, qalan yarış həftəsonlarını da bu cür keçirməyə çalışmaq lazımdır. Bunun üçün əlimizdən gələni edəcəyik. Ümumiyyətlə, hər şey get-gedə daha maraqlı olur və mövsümün sonuna qədər davam edəcək bu mübarizəni səbirsizliklə gözləyirəm”.

Rauf Hacıyev

Şərh əlavə et