Britaniyalı sürücü Ostində döyüş ruhunda yarış keçirib və finiş xəttini ikinci yerdə keçərək turnir cədvəlində komanda yoldaşı Piastri ilə olan fərqi azaldıb.
Lando Norris: “Nəhayət! Bu gün ikinci yeri tutmaq üçün çox mübarizə apardım! Şarl ilə gözəl mübarizə oldu və o, çox inadla müdafiə olunurdu.
Əlimdən gələni etdim. İkinci yerə çıxandan sonra hər şey asanlaşacağını düşündüm, amma elə olmadı. Şarl əla yarış çıxard və mən yarışdan zövq aldım. Gözəl mübarizə oldu.
İkinci yerdən razı qaldım, bu gün daha artığına nail olmaq mümkün olmayacaqdı. Təkərlər təzə olanda hücum etmək istəyirsən, çünki o zaman ən yaxşı performansı göstərirlər. Amma həmin anda daha tez qızmağa başlayırlar.
Yarışın sonunda təkərlərdə problemlər yarandı, buna görə bir neçə dövrə tempi azaltmalı oldum, sonra yenidən sürəti artırdım – bu da yaxşı işlədi. Ümumilikdə yaxşı strategiya, inamlı pilotaj və əyləncəli yarış oldu!”
Şərh əlavə et