İnsidentin detallarını və hər iki sürücünün izahını dinlədikdən sonra stüardlar qəzanın səbəbkarı kimi Karlos Saynsı günahkar hesab ediblər.
Stüardların qərarında belə qeyd olunub: “55 nömrəli bolidin sürücüsü bildirib ki, 12 nömrəli bolidin ona döngənin apeks hissəsində yer buraxacağını gözləyirdi, lakin 12 nömrəli bolid daha erkən dönüb və 55 nömrəli bolidin sürücüsü toqquşmanın qaçılmaz olduğunu anlayanda əyləcləri bloklayıb.
O hesab edib ki, 12 nömrəli bolidin sürücüsü ötmə cəhdini qabaqcadan hiss etməli və toqquşmadan yayınmaq üçün yer buraxmalı idi. Lakin döngənin apeks nöqtəsinə qədər 55 nömrəli bolidin ön hissəsi 12 nömrəli bolidin arxa güzgüsü ilə yanaşı və ya onun önündə olmayıb. Buna görə də sürücülük standartları qaydalarına əsasən, 55 nömrəli bolidə döngənin daxili trayektoriyasında yer buraxmaq hüququ verilməyib”.
Cəza olaraq, Karlos Sayns Meksika Qran Prisinin startında beş yer itirəcək. Bundan əlavə, Williams sürücüsü iki cəza balı alıb və onun ümumi cəza balı sayı son 12 ay ərzində dördə çatıb.
Şərh əlavə et