ABŞ Qran Prisinin sıralanma turundan sonra stüardlar Sauber komandasına pit yolunda sürət həddini aşdığına görə cərimə tətbiq ediblər.
Bu həftəsonu pit yolunda icazə verilən maksimum sürət 80 km/saat olub, lakin Sauber komandasının pilotu Qabriel Bortoletto bu hissədə 80.4 km/saat sürətlə hərəkət edib. Nəticədə Sauber komandasına 100 avro məbləğində pul cəriməsi kəsilib.
Şərh əlavə et