Xəbəri Kokpitdə Oxuyun!

Raul Fernandes karyerasının ilk qələbəsini qazanıb

Raul Fernandes Filip Aylənddə keçirilən Avstraliya Qran Prisində karyerasının ilk MotoGP qələbəsini qazanıb.

Trackhouse Aprilia komandasının sürücüsü Apirilia baza komandasının pilotu və sprint yarışının qalibi Marko Bezzekkinin ilk uzun dövrə cəzasını yerinə yetirməsindən sonra liderliyi ələ alıb və finiş xəttinə qədər üstünlüyünü qoruyub. Gənc ispan, damalı bayrağa bir neçə saniyə fərqlə çatararaq həm özü, həm də komandası üçün unudulmaz zəfər qazanıb.

Fabio Di Cannantonio güclü temp nümayiş etdirib və yarışı ikinci yerdə başa vurub. İki uzun dövrə cəzası səbəbindən altıncılığa qədər geriləyən Bezzekki isə sonradan toparlanaraq podiumun son pilləsini tutub. Beləliklə, Fernandes Fermin Aldequerdən sonra ilk qələbəsini qazanan növbəti sürücü olub.

Françesko Banyaya və Bred Binder yarışın startında 3 yer itirdikləri üçün müvafiq olaraq, 14-cü və 16-cı yerlərdən start alıblar. Binder səkkizinciliyə qədər yüksəlməyi bacarıb, Banyaya isə son dövrlərdə 12-ci yerdə olarkən yıxılaraq mübarizəni dayandırıb.

Vətənində yarışan və ön cərgədən start alan Cek Miller ilk dövrlərdə yıxılaraq yarışdan kənarda qalıb. Yarışa pouldan başlayan Yamaha komandasının sürücüsü Fabio Kuartararo isə yarış tempini qoruyub saxlaya bilməyib və finiş xəttinə 11-ci yerdə çatıb.

Bütün sürücülər ön təkərdə Hard, arxa təkərdə isə Medium tərkibləri seçiblər. Debütant Somkiat Çantra isə ön təkərdə Medium tərkibdən istifadə edən yeganə sürücü olub.

Rauf Hacıyev

Şərh əlavə et