Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Vaxtında sürətli dövrə vurdum

Maks Ferstappen ABŞ Qran Prisinin təsnifatının finalında həlledici cəhdə başlamağa macal tapmayıb, amma birinci sürətli dövrənin nəticəsi poulda yer almaq üçün kifayət edib.

Kokpit.az bildirir ki, Red Bull Racing pilotu üçün bu, mövsümdə 7-ci, karyerasında isə 47-ci poul olub. O, bugünkü yarışa əsas rəqiblərindən biri olan Lando Norrislə birlikdə ən ön cərgədən başlayacaq.

Maks Ferstappen: “Yaxşı təsnifat idi. Hər sessiyada maşın çox sürətli idi. Sadəcə ən yaxşı sektorları bir yerə toplamaq qalırdı, bəzən bunu etmək doğrudan da çətin idi. Bu gün hava çox isti idi və güclü külək əsirdi. Birinci sektorda külək tam arxadan əsirdi və bu, ciddi problemlər yaradırdı.

Final sessiyasındakı ilk cəhd yaxşı alındı və ikinci sessiya ilə müqayisədə bir az da sürətli oldum. Təəssüf ki, son cəhdə çıxmaq mümkün olmadı. Bokslardan çıxış dövrəsi qarışıq alındı, amma xoşbəxtlikdən mənə son cəhd lazım olmadı!”.

Elçin Zodorov

Şərh əlavə et