Kokpit.az xatırladır ki, britaniyalı sürücü bugünkü yarışa beşinci yerdən başlayacaq.
Lyuis Həmilton: “Maşında balans problemi yaşayırdım. İlk dövrədən etibarən çox güclü ön tərəf sürüşməsi hiss etdim. Buna görə boksa qayıtdım və biz qanadın tənzimləmələrini dəyişdik.
Yenidən trasa çıxdım, sonra bir daha qayıtdım və tənzimləmələri yenə dəyişdik. Mənə tədricən daha çox yüklənmə qüvvəsi əlavə etdilər. Yanılmıramsa, sıralanma turunda ön qanadın tənzimləmələrini səkkiz dəfə dəyişmişik.
Ön tərəf sürüşməsinə görə ön təkərləri işlətmək çətin idi. Amma sıralanmanın sonuna yaxın, son dövrədə maşının balansı arzuladığım səviyyəyə yaxınlaşdı. Yenə də, birinci sessiyadan etibarən maşının sazlanması üzərində davamlı işləməli oldum.
Ümumilikdə komanda irəliləyiş əldə edib. Bokslarda və mühəndislər arasında hər kəs əla iş gördü. Sıralanma turunda bir addım irəli getmişik.
İlk beşlikdə olmaqdan məmnunam. Əlbəttə, daha yuxarıdan start almaq istərdim, ancaq yarışda hücum etməyə hazıram. Finişə hansı mövqedə çatacağımızı görəcəyik”.
Şərh əlavə et