capricorn 01 Zagato 5,2 litrlik turbomühərrikli V8 mühərrliklə təchiz olunur, onun gücü təxminən 662 kVt (900 a.g.) olacaq, dəqiq göstərici isə yekun homologasiyadan sonra təsdiqlənəcək. Güc aqreqatı 5 pilləli mexaniki ötürmələr qutusu ilə birləşdirilib. İstehsalçının hesablamalarına görə, hiperkar 0-100 km/saat sürətə 3 saniyədən az vaxtda sürətlənəcək, maksimal sürət isə 360 km/saata çatacaq.
Avtomobil LMP1 prototiplərinə bənzər karbon kuzova malikdir və 1200 kq-dan yüngüldür. Aerodinamika hesablamaları CFD üsulu ilə aparılıb, ön və arxa diffuzorlar kifayət qədər asfaltayatma qüvvəsi yaradır ki, əlavə antiaqanadlara ehtiyac qalmır. Maşın həmçinin Brembo karbon-keramik tormoz sistemi ilə təchiz ediləcək.
capricorn uzun illərdir Formula 1, WEC və WRC komandalarına komponentlər istehsal edən şirkət kimi tanınır. Zagato isə 100 ildən çox tarixə malik məşhur italyan dizayn atelyesidir və Ferrari, Alfa Romeo, Maserati, Lamborghini, Aston Martin, BMW kimi brendlərlə əməkdaşlıq edib.
capricorn 01 Zagato – Zagato-nun sıfırdan kuzov dizaynı hazırladığı ilk hiperkar olacaq.
Şərh əlavə et