Kokpit.az xatırladır ki, monakolu sürücü Ostində keçirilən sprint sıralanma turunda onuncu yeri tutub.
Şarl Lekler: “Dövrə ərzində hər yerdə vaxt itirirdim. Düzünü desəm, final sessiyasında təmiz dövrə vurdum və cəhdimlə bağlı peşman deyiləm.
Bəlkə də məşqdə Medium tərkibi ilə bir az daha çox dövrə atsaydım, sazlamaları daha dəqiq tapmaq mümkün olardı. O zaman 0.1, bəlkə də yarım saniyəyə yaxın qazanardım, amma bu da kifayət etməzdi. Hazırda çox geri qalırıq.
Əgər bizi irəli aparacaq bir həll tapsaq, çox təəccüblənəcəyəm. Ümid edirəm, yanılıram, ancaq görünən odur ki, bu, maşının real potensialıdır. McLaren və Red Bull-un nəticələri gözlənilən idi, lakin digər komandalar bu həftəsonu bizi təəccübləndirdi. Onlar gözlənilmədən güclü təsir bağışladılar.
Niko Hülkenberq bizdən ön sırada start alacaq. Görünür, çox uğurlu dövrə vurub, amma ümumiyyətlə bu həftəsonu stabil şəkildə sürətlidir. Biz isə nəyi səhv etdiyimizi anlamağa çalışmalıyıq, çünki sıralança turunda çox zəif çıxış göstərdik”.
Şərh əlavə et