Xəbəri Kokpitdə Oxuyun!

S.Berra: C1 tərkiblər yarışda etibarlı ola bilər

Pirelli Motorsport-un baş mühəndisi Simone Berra bildirib ki, bu il komandalar daha sürətli təsir bağışlayırlar.

Pirelli mövsümdə ikinci dəfə trasda bir tərkibi buraxmaq( C1, C3 və C4) strategiyasına üstünlük verib. Yəni bu dəfə Hard üçün C1, Medium üçün C3 və Soft üçün C4 tərkibləri seçilib. Cümə günü keçirilən sessiyalar real tras şəraitində bu tərkiblər arasındakı fərqi dəyərləndirməyə imkan verib.

Pirelli Motorsport-un baş mühəndisi Simone Berra: “Gözlədiyimiz kimi, bütün komandalar günü C1 tərkibli təkərlərlə başladılar. Onlar bu tərkibi yarış üçün ən optimal seçim hesab etmirlər, buna görə də onu əsasən səhər məşqində istifadə etdilər.

C1 təkərlərinin daha yumşaq tərkiblərlə müqayisədə sürət fərqi hesablamalardan bir qədər az çıxdı, ancaq yenə də kifayət qədər nəzərəçarpandır. Bununla belə, C1 yarış yaxşı ilişmə və sabitlik təmin etdi.

Baxmayaraq ki, asfaltın temperaturu ötən ilə nisbətən daha yüksək idi, Soft təkərlərlə həm səhər sessiyasında, həm də sıralanma turunun finalında qeydə alınan ən sürətli dövrələr ötən ildəkindən daha yaxşı oldu. Bu da maşınların texniki cəhətdən inkişafı ilə izah olunur.

Maks Ferstappenin sıralanma turunun finalındakı ən sürətli dövrəsi, 2024-cü ilin əsas sıralanma turunda Norrisin poul dövrəsindən 0.2 saniyə daha sürətli idi.

Medium və Soft tərkibləri arasındakı sürət fərqi gözləniləndən bir qədər çox idi, amma sprint formatlı həftəsonlarında komandaların sazlamaları optimallaşdırmaq üçün vaxtının məhdud olduğunu nəzərə alsaq, bu, təəccüblü deyil”.

Rauf Hacıyev

Şərh əlavə et