Xəbəri Kokpitdə Oxuyun!

O.Piastri: Səhvlər etdim

Çempionatın lideri Oskar Piastri Ostindəki sprint yarışının sıralanma turunda həm komanda yoldaşına, həm də Maks Ferstappenə məğlub olub.

Kokpit.az xəbər verir ki, avstraliyalı sürücü bu gün baş tutacaq sprint yarışına üçüncü yerdən başlayacaq.

Oskar Piastri: “Dövrə ərzində bir neçə dəfə səhv etdim. Açığı, dövrə elə də yaxşı alınmadı – hər şeyi ideal şəkildə bir yerə toplamağı bacarmadım. Bir mənada hətta startda üçüncü yeri almağım bəxtimə düşdü. Ümumilikdə maşının tempi yaxşıdır, yəni ciddi problem yoxdur, sadəcə nəticə yaxşı alınmadı, amma ümid edirəm ki, əsas təsnifatda bunu düzəldə biləcəm.

Görək sprintin startı necə keçəcək. Əgər yerimdən yaxşı tərpənə bilsəm, düzgün mövqe almağa çalışacam. Adətən bu trasda birinci döngədə bunu etmək o qədər də asan olmur, amma görək hər şey necə baş verəcək”.

Elçin Zodorov

Şərh əlavə et