Xəbəri Kokpitdə Oxuyun!

N.Hülkenberq: Sazlanmalar işlədi

Sauber komandasının sürücüsü Niko Hülkenberq bildirib ki, Ostində düzgün sazlanmaları tapa biliblər.

Almaniyalı sürücü Ostində keçirilən sprint sıralanma turunda əla çıxış edib. Belə ki, o, final mərhələsinə yüksələrək, dördüncü nəticəni göstərib. Komanda yoldaşı Qabriel Bortoletonun isə sürətli dövrəsi tras limitlərini aşdığı üçün ləğv edilib. Braziliyalı sürücü ikinci cəhdə vaxt tapmadığından o, nəticəsiz qalıb.

Niko Hülkenberq: “Çox razı qaldım. Səhər məşqindən etibarən sürətli idik və bu sürətin sıralanma turunda da qorunması xoş təsir bağışladı. Maşın əla vəziyyətdə idi, sazlanmalar tam uyğun gəldi və bunu dövrəvi nəticəm də təsdiqlədi.

Ostində çıxış etməyi sevirəm, xüsusən hər şey plan üzrə gedəndə. Sprint çətin olacaq, çünki ətrafımda çox sürətli maşınlar var, ancaq mübarizə aparacağam və yüksək start mövqeyini yaxşı nəticəyə çevirməyə çalışacağam”.

Qabriel Bortoleto: “Deyəcək çox sözüm yoxdur. İlk sürətli dövrəm tras limitlərini aşdığım üçün ləğv edildi, ikinci cəhdə isə başlaya bilmədim. Çox təəssüf edirəm, xüsusilə də səhər məşqində maşın sürətli idi.

Sprinti trası daha yaxşı öyrənmək və maşının davranışını qiymətləndirmək üçün fürsət kimi dəyərləndirəcəyəm. Bu təcrübə həftəsonunun əsas sessiyalarına hazırlaşmaqda mənə çox kömək edəcək”.

Rauf Hacıyev

Şərh əlavə et