Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Tempimiz var

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, artıq sabahkı yarışa hazırlaşır.

Niderlandlı pilot ardıcıl üçüncü ildir ki, Ostindəki mərhələdə sprint yarışını qazanıb. Bu dəfə isə onun qələbəsinə heç kim mane ola bilməyib. Bunun səbəbi onun iki əsas rəqibinin – McLaren pilotlarının startdakı insident nəticəsində yarışı dayandırmaları olub.

Maks Ferstappen: “Yaxşı start aldım, amma birinci döngədəki insidentə görə təhlükəsizlik avtomobili trasda çıxdı. Bundan sonra normal tempi bərpa etmək üçün bir neçə dövrə lazım oldu, ona görə həmin an baş verənləri təhlil etməliyik.

Hər halda sprinti qazandıq və bu, əlbəttə ki, ən vacib olanıdır. Amma artıq sabahkı yarışa hazırlaşırıq və düşünürəm ki, bizim maşın yarış tempində McLaren-lə mübarizə aparmağa imkan verəcək, çünki hələ onların real potensialını görməmişik.

Ümumilikdə baxsaq, müəyyən fikirlərimiz var, nəyə qadir olduğumuzu bilirik, ona görə ümid edirəm ki, sabah daha yaxşı çıxış edə biləcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et