Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton: Bu düşündüyümüz sürət deyil

Ferrari komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, onlar Ostindəki sprint sıralanma turunda sürət itiriblər.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü ABŞ-dakı sprint sıralanma turunda 8-ci yeri tutub. O, həm Sauber, həm də Williams komandasının sürücslərindən geridə qalıb. Ümumilikdə isə pouldakı Maks Ferstappenə 0.8 saniyə uduzub.

Lyuis Həmilton: “Bu, heç də ümid etdiyimiz sürət deyil. Niyə belə olduğunu bilmirəm. Cümə günkü məşq sessiyasında hər şey yaxşı görünürdü, sıralanmanın ilk hissəsində də pis deyildik, amma sonradan geriləməyə başladıq.

Maşını idarə etmək çox, hətta çox çətindir, buna görə də geri qaldıq. Pouldan 0.8 saniyə geridəyəm və bu, çox böyük fərqdir”.

Rauf Hacıyev

Şərh əlavə et