İspaniyalı sürücünün ABŞ Qran Prisindəki sprint yarışında qazandığı üçüncü yer, Williams komandasının şənbə sprintlərində əldə etdiyi ən yaxşı nəticə olub. Yarışdan sonra ispaniyalı sürücü etiraf edib ki, bu dəfə bəxt onun tərəfində olub. Belə ki, McLaren, Niko Hülkenberq və Fernando Alonso arasında ilk döngədə baş verən toqquşma Saynsın yeddinci yerdən üçüncülüyə yüksəlməsinə şərait yaradıb.
Karlos Sayns: “Sprinti inamla keçirdik. Arxamda olan Ferrari sürücüləri məndən daha sürətli idi, amma vəziyyət tam nəzarətimdə idi və nəticədə üçüncü oldum. Bu, xoş nəticədir.
Dünənlə müqayisədə bizim üçün heç nə dəyişməyib. Sadəcə bu gün bəxtimiz gətirdi, başqa heç nə baş vermədi.
Mövsüm boyu tempim bu cür olub. İlk yarıda bunu sübut etmək imkanım yox idi, ancaq indi hər şey daha qaydasında gedir və etdiyim hər şey istədiyim kimi alınır”.
Şərh əlavə et