İspaniyalı sürücü Ostində keçirilən sprintin sıralanma turunda altıncı nəticəni göstərib və bu sessiyanı mövsümdəki ən yaxşı çıxışlarından biri adlandırıb. Lakin Aston Martin sürücüsü xal qazanmaq şanslarını ehtiyatla qiymətləndirib. Onun komanda yoldaşı Lance Stroll isə 14-cü yeri tutub.
Fernando Alonso: “Altıncı yerdən razı qaldım. Bu, mövsümdəki ən yaxşı sıralanma turlarından biri idi və bir neçə çox yaxşı dövrə ata bildim.
Deyəsən, biz bu dəfə fürsətdən maksimum yararlana bildik, amma arxamdan çox sürətli maşınlar start alacaq. Buna görə də görək sprintdə bir neçə xal qazana biləcəyikmi, görəcəyik”.
Ləns Stroll: “Düşünürəm ki, əlimdən gələni etdim və 14-cü yer üçün maksimumu aldım. İkinci sessiyada ikinci sürətli dövrəmdə altıncı döngədə təkərləri blokladım və cəhdimi yarımçıq saxlamalı oldum. Əgər bu səhv olmasaydı, bir qədər yaxşı nəticə qazana bilərdim. Amma geriyə baxanda həmişə anlayırsan ki, nələri fərqli edə bilərdin.
Görək sprintdə nə etmək mümkün olacaq. Pelotonun ortası çox sıxdır, sprint formatlı həftəsonları da adətən gərgin keçir, amma mən belə şəraitdə yarışmağı sevirəm”.
Şərh əlavə et