Britanoyalı sürücü ABŞ Qran Prisinin sprint yarışını ikinci yerdə başa vurub. Mersedes komandasının pilotu yarış ərzində lider Maks Ferstappeni hücumla keçməyə çalışsa da, manevr uğurlu alınmayıb və hər iki pilot trasın hüdudlarından kənara çıxıb. Sprintdən sonra Corc hadisəni belə şərh edib
Corc Rassell: “Bilirdim ki, Maksla mübarizə aparmaq üçün çox imkanım olmayacaq, buna görə də yarımçıq bir fürsət gördüyüm anda ondan istifadə etməyə qərar verdim. Düşünürəm ki, uğurlu manevr üçün bir qədər uzaqda idim, amma cəhd etdiyimə görə şadam. İkinci yer bizim gözlədiyimizdən daha yaxşı nəticədir, bu da yaxşı xal deməkdir”.
Start və ilk döngədəki insisent barədə danışan Corc Rassell əlavə edib: “Döngəyə xarici trayektoriyadan girdim və həmin anda başa düşdüm ki, digərləri də döngəyə daxil olub, amma daxili tərəfdən.
O anda mən və Karlos eyni şeyi düşündük: ‘Burada baş verənlər yaxşı görünmür’. Nə baş verdiyini tam görmədim, amma görünür, üç maşın bir maşınlıq yerə girməyə çalışıb. Adətən belə hadisələr yaxşı bitmirlər”.
Şərh əlavə et