Xəbəri Kokpitdə Oxuyun!

Ostində hava çox isti olacaq

ABŞ Qran Prisinin baş tutacağı ərazidə həftəsonunun hər üç günü temperatur 30 dərəcədən yuxarı olacaq.

Kokpit.az xəbər verir ki, cümə günü havanın hərarətinin 33°C olması, dəyişkən buludlu şərait, cənub-şərqdən küləyin qısa-qısa əsintiləri və 10% yağış ehtimalı gözlənilir.

Şənbə günü az buludlu hava və 34°C temperatur olacaq, yağış ehtimalı bir qədər yüksəkdir – 18%. Əsas yarışın baş tutacağı bazar günü isə günəşli və 33°C temperaturlu olacaq, yağıntı gözlənilmir.

Xatırladaq ki, keçən il burada bütün sessiaylar quru havada baş tutmuşdu.

Elçin Zodorov

Şərh əlavə et