Proqram gərgin alınıb. Pilotlar ilk dəqiqələrdən trasda olublar, əksər komandalar vaxt itirməmək üçün proqramı pilotlar arasında bölüb. Hadisələrdən yayınmaq vacib olub, çünki hər dəqiqə dəyərlidir.
Hava isti olub, amma Sinqapurdan sonra komandalar bu şəraitə hazır olublar, kobud asfalt isə yenidən problemlər yaradıb. Tıxac da maneçilik törədib, amma bir müddət sonra pilotlar tras boyunca yayılıblar.
Sessiyaya Hard təkərlərlə başlayan pilotlar tədricən Medium və Soft təkərlərə keçiblər, yeganə sərbəst yürüşləri sprint təsnifatından bir neçə saat öncə qısa dövrələr seriyası ilə bitiriblər.
23-cü dəqiqədə qırmızı bayraqlar görünüb – Ləns Stroll 19-cu döngədə kerbin üzərinə ehtiyatsız çıxb və onun maşınından hansısa detal qopub. Pilotlar boksa qayıdıb, marşallar asfaltdakı qırıntıları tez təmizləyib və sessiya davam edib.
34-cü dəqiqədə Esteban Okon əyləc problemi səbəbilə çınqıllığa çıxıb, lakin elə özü ilə boksa qayıdıb və maşını mexaniklərə təhvil verib. Sayns və Lekler ötürmələr qutusu problemlərinə görə məşqi vaxtından əvvəl bitiriblər.
Ən yaxşı nəticəni Lando Norris göstərib – 1:33.294.
Növbəti 4 sessiyanın hamısı əsas sessiyalar sırasındadır və bizi Bakı saatı ilə 01:30-da sprint yarışının sıralanma turu gözləyir…
Şərh əlavə et