Kokpit.az xatırladır ki, niderlandlı sürücü mövsümün ikinci yarışınsa keçirilən 4 yarışın ikisində qalib gəlib və ikisində ikinci olub. O, mövsümün bu fazasında McLaren komandasının sürücülərindən çox xal toplayıb. Dördqat Dünya Çempionu hazırda çempionatın lideri Oslar Piastridən 63, ikinci yerdəki Norrisdən isə 41 xal geridə qalır.
Maks Ferstappen: “Son üç yarış həftəsonu bizim üçün çox yaxşı keçdi. Düzdür bəzi rəqiblərimizin bir qədər daha uğurlu yarışları oldu. Mən hələ də düşünürəm ki, Sinqapurda maşından maksimum nəticə ala bilmədik.
Amma hər şeyi təhlil etdik və burada daha yaxşı çıxış etməyə çalışacağıq. Ostin çox gözəl trasdır, sprint formatında həftəsonu isə hər zamankı kimi daha gərgin olacaq. Mənim üçün maraqlıdır, görək bu trasda nəyə nail ola bilərik.
Titul şansları? 50/50 olaraq qiymətləndirirəm. Ya qazanacam, ya yox. Açığı, mən çempionatdakı vəziyyət barədə çox düşünmürəm. Yarışa gəlirəm və maşından maksimum nəticə almağa çalışıram…İirəlidə, ya da geridə olmağım barədə düşünmədən. Mən hər yarış həftəsonunu qalibiyyət üçün bir fürsət kimi görürəm.
Əgər titulu qazanmasaq, deməli qazanmadıq. Həyat davam edir. Hazırda komandamızla birlikdə maşını daha dərindən anlamağa çalışırıq ki, bu məlumatları gələn il tətbiq edə bilək. Çünki bəzi sahələrdə hər şeyi sıfırdan başlamağa ehtiyac qalmayacaq.
McLaren-in maşınının hələ də orta sürətli döngələrdə bizdən daha güclü olduğunu görürəm. Qalan hər şey isə trasın xüsusiyyətlərindən və hava şəraitindən asılıdır. Buna görə dəqiq proqnoz vermək çətindir”.
Şərh əlavə et