Kokpit.az bildirir ki, britaniyalı sürücü “City of the Americas” trasında jurnalistlərlə söhbəti zamanı Sinqapur Qran Prisinin startındakı insidentdə məsuliyyətin öz üzərinə götürüb. O, eyni zamanda vurğulayıb ki, bu hadisə qəsdən baş verməyib və daha ciddi nəticələrə gətirib çıxara biləcək təhlükəli vəziyyət yaratmaq niyyəti olmayıb.
Lando Norris: “Komanda baş verənlərə görə məsuliyyəti mənim üzərimə qoydu və bunun tamamilə ədalətli olduğunu düşünürəm. Sonra biz bu hadisənin mənim üçün hansı nəticələrə səbəb olduğunu və daha ciddi nəticələrdən necə qaça biləcəyimizi təhlil etdik.
Yarışdan sonra bu cür mübahisələrə səbəb olacaq hadisələrin yaşanması ən çox arzulamadığım haldır. Digər tərəfdən, mən də özümü böyük bir riskə atdım və bu, istənilən digər rəqiblə – Oskarla və ya başqa biri ilə eyni dərəcədə idi. Mən də asanlıqla mübarizəni vaxtından əvvəl dayandıra bilərdim.
Ümumilikdə desəm, bu vəziyyətin tamamilə qarşısını almaq istərdim. Formula 1 karyerama başladığım ilk illərdən mənim güclü tərəflərimdən biri təmaslardan qaçmaq və yarışı davam etdirmək bacarığım olub.
Düşünürəm ki, McLaren həmişə elə şərait yaradıb ki, biz sürücülər həm bir-birimizə, həm də komandaya güvənə bilirik. Məhz bu etimad atmosferi bizim komandanı digər bütün kollektivlərdən daha güclü edən əsas səbəblərdən biridir”.
Şərh əlavə et