Yeddiqat dünya çempionunun sözlərinə görə, o, bu məsələ barədə çox şey bilmir, amma belə şayiələrin komandanın normal işinə kömək etmədiyini vurğulayıb.
Lyuis Həmilton: “Bu cür şayiələrin haradan yayıldığını bilmirəm, ona görə bu barədə çox da deyəcək sözüm yoxdur. Lakin bütün bunlar bizi bir qədər işdən yayındırır. Komanda rəhbərliyi öz mövqeyini açıq şəkildə bildirmişdi. Frederiklə müqavilə uzadılıb.
Belə söz-söhbətlər işimizə fayda gətirmir, amma həm Fred, həm mən, həm də Maranelloda hər kəs komandanın gələcəyi üçün ciddi şəkildə çalışır. Təbii ki, bu cür şayiələr diqqəti yayındıra bilər. Mənim üçün əsas olan gələn il üçün hədəflərimizə doğru irəliləməkdir, çünki yeni maşının hazırlanması üzərində işləyirik.
Əsas təməl isə elə indidən qoyulur ki, gələn mövsümdə komanda daha yaxşı işləsin və daha yüksək nəticələr göstərsin”.
Bununla belə, Lyuisə yalnız Formula 1 barədə deyil, başqa mövzuda da suallar verilib . O, Ostində ilk dəfə at minməyə cəhd edib, və hamı onun təəssüratlarını eşitmək istəyib:
Lyuis Həmilton: “Dünən ilk dəfə at sürdüm və bu, inanılmaz dərəcədə gözəl təcrübə idi! Uşaq olanda evimizin yaxınlığındakı bir tarlada tez-tez bir at otlayardı. Çox gözəl at idi. Mən yaxınlaşanda o da mənə tərəf gəlirdi.
Amma evə qayıdanda allergiyam tuturdu, nəfəs almaqda çətinlik çəkirdim. O vaxt hələ bilmirdim ki, məndə astma var…
O vaxtdan bəri, yəni təxminən 14 yaşımda, atlardan uzaq durmağa çalışırdım. Sonradan allergiya müalicəsi keçdim və bu barədə düşünməyi dayandırdım. Bu ilin əvvəlində Time jurnalı üçün keçirilən fotosessiyada bir atla iştirak etməli idim, buna görə əvvəlcədən allergiya əleyhinə dərman qəbul etdim və heç bir problem olmadı.
Dünən yenə atla fotosessiyada iştirak etdim və düşündüm: ‘Bəs görəsən, mən ata minə bilərəmmi?’ və mindim. Bu mənə həqiqətən böyük zövq verdi. Amma at qaçmağa başlayanda bir az panikaya düşdüm, çünki nə etməli olduğumu bilmirdim.
Nəticədə hər şey yaxşı bitdi və indi növbəti həyat mərhələm üçün özümə yeni məqsəd qoymuşam. At minməyi öyrənmək. Artıq sağlamlıqla bağlı heç bir problemim yoxdur və bu, mənim üçün yeni bir məqsəddir”.
Şərh əlavə et