Xəbəri Kokpitdə Oxuyun!

Avstraliyada əsas sərbəst yürüşlərdə Bezzekki sürətli olub

Avstraliyada keçirilən MotoGP-nin əsas məşq sessiyasını Marko Bezzekki zirvədə tamamlayıb.

2025-ci il Avstraliya Qran Prisinin cümə məşqlərinin ən sürətlisi Aprilia komandasının sürücüsü Marko Bezzekki olub. Zədəli və yorğun vəziyyətdə yarışa qatılan Aprilia pilotu bütün çətinliklərə baxmayaraq, tras rekordunu qırıb və sessiyanı lider kimi başa vurub.

Trackhouse komandasının sürücüsü Raul Fernandes ikinci olaraq, Aprilia üçün ikiqat liderliyi təmin edib. VR46 Ducati-dən Fabio Di Cannantonio isə Bezzekkidən 0.420 saniyə geridə qalaraq, üçüncü pilləni tutub.

Monster Yamah komandasının pilotları Fabio Kuartararo və Aleks Rins, dörd və altıncı yerləri tutublar. Aleks Markes isə iki sürücünün arasında beşinci olub. Honda komandasının sürücüsü Luka Marini yeddinci yeri tutaraq, yapon istehsalçısının ən sürətli sürücüsü olub. KTM-in ehtiyat sürücüsü Pol Esparqaro isə səkkizinci nəticə ilə güclü performans göstərib.

Ducati Lenovo komandasının sürücüsü Françesko Banyaya çətin sessiyadan sonra doqquzuncu nəticəni əldə edib, onun ardınca Red Bull KTM-dən Pedro Akosta qərarlaşıb.

Mandalika yarışının qalibi olan debütant sürücü Fermin Aldequer ilk onluğa düşə bilməyib və şənbə günü sıralanma turuna birinci sessiyadan başlamalı olacaq. Vətənində yarışan və birinci sessiyanın lideri Cek Miller də birbaşa ikinci sessiyaya keçidi əldən verən sürücülərdən biri olub.

Rauf Hacıyev

Şərh əlavə et