Xəbəri Kokpitdə Oxuyun!

Williams 2002-ci ilə qayıdır

Williams komandası bu həftəsonu Ostində Atlassian şirkəti ilə titul tərəfdaşlığını qeyd etmək məqsədilə 2002-ci ilin tarixi mavi-ağ rəng çalarları ilə yarışacaq.

Bu xüsusi dizayn həm Atlassian şirkətinin əsası qoyulduğu dövrdən bəri keçilən çətin yolu, həm də Xuan-Pablo Montoyanın FW24 bolidinin sükanı arxasında Montsada Formula 1 tarixinin ən sürətli dövrəsini — 259,827 km/saat orta sürətlə getdiyi anı simvolizə edir.

Xuan-Pablo Montoya: “2002-ci ildən bəri Formula 1-in nə qədər dəyişdiyini təsəvvür etmək çətindir, amma uğurun əsas amilləri dəyişməz qalıb: komanda işi, innovasiya və məqsədə çatmaq üçün yorulmaz iradə. Williams həmişə bu dəyərləri müdafiə edib və aydındır ki, Atlassian da bu prinsipləri bölüşür.

Tarixi rəng çaları əla görünür. Komandanın Atlassian ilə tərəfdaşlığını qeyd etmək və podiumun zirvəsinə qayıtmaq istəyini əks etdirir”.

Karlos Sayns: “FW47 bolidi 2002-ci ilin rəng çaları ilə inanılmaz görünür. Əminəm ki, azarkeşlərin xoşuna gələcək. Ostində sükan arxasına keçmək üçün səbirsizlənirəm”.

Rauf Hacıyev

Şərh əlavə et