Xəbəri Kokpitdə Oxuyun!

Racing Bulls xüsusi rəng çalarını təqdim edib

Racing Bulls komandası titul sponsoru Cash App ilə birlikdə qarşıdakı ABŞ Qran Prisi üçün yeni rəng çalarını təqdim edib.

Ostində Liam Louson və Ayzek Hacarın idarə edəcəyi VCARB 02 bolidləri mirvari-qara rənglərdə, tısbağa naxışlı xüsusi dizaynla təqdim olunacaq. Bu dizaynın müəllifi müğənni və prodüser Şabuzi olub. Komandanın rəsmi açıqlamasında deyilir ki, yenilənmiş rəng çaları Racing Bulls-un avtoidman, musiqi və Amerika mədəniyyətini bir araya gətirmək istəklərini əks etdirir.

Racing Bulls komandasının icraçı direktoru Piter Bayer bildirib: “Komanda üçün növbəti dəfə unikal sayılan bir üsulla mədəniyyətlə təmas qurduq. Xüsusi dizaynlı bolidlər artıq komandanın kimliyinin bir hissəsinə çevrilib. Burada avtoidman musiqi, moda və yaradıcılıqla qovuşur.

Qarşıdakı yarış həftəsonu üçün təqdim etdiyimiz bu yeni dizayn həmin ruhun daha cəsarətli ifadəsidir və Ostin onu reallaşdırmaq üçün mükəmməl məkandır”.

Rauf Hacıyev

Şərh əlavə et