Xəbəri Kokpitdə Oxuyun!

McLaren də ABŞ-da rəng dəyişəcək

McLaren komandası Haas, Racing Bulls, Aston Martin və Williams-dan sonra ABŞ Qran Prisində xüsusi rəng çalarlı bolidlə çıxış edəcək komandalar sırasına qoşulub.

Yeni rəng çaları Google-un süni intellekt xidməti Gemini-dən ilham alıb. Komandanın ənənəvi narıncı rəngi qorunub saxlanılıb, lakin indi ona ön qanadda və mühərrik qapağında parıldayan ağ sahələr əlavə olunub.

Yeni rəng çaları həmçinin Oskar Piastri və Lando Norrisin Ostində geyinəcəyi yarış kombinezonlarında da əksini tapıb. Yenilənmiş kombinezon dizaynı komandanın Monako Qran Prisində istifadə etdiyi versiyanı xatırladır.

Rauf Hacıyev

Şərh əlavə et