Xəbəri Kokpitdə Oxuyun!

K.Sayns: Ostin bizə uyğun deyil

Williams komandası Ostində keçirilən yarışlarda adətən xal qazanır. Karlos Sayns bu həftəsonu şanslarının çox olmadığını düşünür, amma xoş sürprizlərə də açıqdır…

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü keçən yarış Sinqapurda yarışa son sıralardan başlasa da, finişə onuncu yerdə çataraq, komandasına 1 xal qazandırıb. İndi isə növbədə Ostin yarışıdır.

Karlos Sayns: “Son bir neçə ildə komandanın bu trasdakı nəticələrinə baxmışam. Ümumilikdə bu nəticələr nikbinlik yaradır, amma nəzəri cəhətdən uzun döngələri olan traslar bizə uyğun deyil. Məsələn, Zandfortda da eyni vəziyyət idi. Komanda əslində güclü olmadığı trasda gözlənilmədənyaxşı nəticə göstərmişdi.

Bu il mən daha açıq düşüncəli davranıram, çünki bəzən maşın gözlədiyimizdən fərqli reaksiya verir. Gözləyək, görək nə olur. Məncə, mövsümün sonuna qədər bütün traslarda xal qazanmağa çalışmalıyıq. Bəlkə yalnız Qətər trası istisna ola bilər”.

Rauf Hacıyev

Şərh əlavə et