Xəbəri Kokpitdə Oxuyun!

C.Rassellin müqaviləsi ikiillikdir

Çərşənbə günü Mercedes komandası Corc Rassell və Kimi Antonelli ilə müqaviləni uzatdığını açıqlayıb.

Rəsmi bəyanatda müqavilənin çoxillik olması barədə məlumat verilməyib, yalnız 2026-cı il mövsümünü əhatə etdiyi bildirilib. Lakin The Race nəşri müqavilənin müddəti ilə bağlı bəzi detalları öyrənib.

Məlumata görə, Corc Rassellin müqaviləsi ən azı iki il üçün nəzərdə tutulub. Bildirilir ki, danışıqların uzun çəkməsinin əsas səbəbi də məhz bu olub. Britaniyalı sürücü ikiillik müqavilədə israr edib, komanda isə əvvəlcə birillik razılaşma təklif edib. Nəticədə tərəflər britaniyalı pilotun şərtləri əsasında ortaq razılığa gəliblər.

Mercedes-in rəsmi açıqlamada Rassellin çoxillik müqaviləsini niyə vurğulamadığına gəlincə, The Race yazır ki, komanda yeni söz-söhbətlərin yaranmaması üçün bu detalı ictimaiyyətə açıqlamamağı məqsədəuyğun sayıb.

Kimi Antonelli ilə isə birillik müqavilə imzalanıb və 2027-ci il üçün uzadılma imkanı nəzərdə tutulub.

Rauf Hacıyev

Şərh əlavə et