Xəbəri Kokpitdə Oxuyun!

Alpine rəng çalarını üçyarışlıq dəyişir

Alpine komandası qarşıdakı üç mərhələ — Ostin, Mexiko və San-Pauluda çıxış edəcəyi xüsusi rəng çalarını təqdim edib.

Komandanın ənənəvi mavi və çəhrayı rənglərinə Latın Amerikasının ən böyük onlayn ticarət platforması olan Mercado Libre şirkətinin sarı rəngi əlavə olunub. Bu yeni dizayn Mercado Libre-nin reklam kampaniyasının bir hissəsidir. Kampaniyada Alpine komandasının pilotu Franko Kolapinto və məşhur braziliyalı futbolçu Neymar iştirak edir.

Franko Kolapinto: “Mercado Libre rənglərində bolidlə yarışmaq mənim üçün xüsusi olacaq. Mən öz ölkəmdə yaranmış, bu gün milyonlarla latınamerikalını qlobal arenada təmsil edən bir brendi Formula 1 trasına çıxaracam.

Formula 1-də yarışmaq hər bir pilot üçün arzu olunan məqsəddir, və mən bu arzumu inanılmaz komandamın dəstəyi ilə yaşayıram. Mercado Libre ilə əməkdaşlıq — məni daim dəstəkləyən və fədakarlıq, əzmkarlıq kimi dəyərləri bölüşən bir şirkətlə birlikdə bu yolda olmaq, bu arzunu mənim üçün daha da mənalı edir”.

Rauf Hacıyev

Şərh əlavə et